Azedu.az

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə III tur başa çatıb

30 Sentyabr 2019, 09:31
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə III tur başa çatıb

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə III tur başa çatıb.

AzEdu.az-ın məlumatına görə, namizədlər 29 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak ediblər.

Prosesə builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər qatılıb.

 Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilib.  
HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox