Azedu.az

Növbəti 4 il ərzində 393 məktəbin tikintisi planlaşdırılır

28 Sentyabr 2019, 12:31
Növbəti 4 il ərzində 393 məktəbin tikintisi planlaşdırılır

Növbəti 4 il ərzində ölkə üzrə 393 məktəbin tikintisi planlaşdırılır.

AzEdu.az xəbər verir ki, 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramına əsasən, Bakı şəhəri üzrə ümumilikdə 10 məktəb tikintisi, 55 məktəbin əsaslı təmiri; regionlar üzrə isə 159 məktəbin tikintisi, 256 məktəbin əsaslı təmiri nəzərdə tutulub.

Əlavə olaraq, 19 internat məktəbinin əsaslı təmiri, 8 peşə məktəbinin tikintisi planlaşdırılır.

Həmçinin 2023-cü ilin sonuna kimi ölkədə 224 modul tipli məktəbin quraşdırılıb təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, məktəb binası tikilərkən ilk növbədə həmin ərazidə yaşayan məktəbyaşlı uşaqların sayı və əhalinin artımı; əsaslı təmir zamanı isə məktəbin dayanıqlılığı, maddi-texniki vəziyyəti nəzərə alınır.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox