Azedu.az

Məktəblərdə və ictimai müəssisələrdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri davam edir

28 Sentyabr 2019, 09:07
Məktəblərdə və ictimai müəssisələrdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin ictimai obyektlərə nəzarət sektoru sentyabrın 27-də Bakıda “Armada” otelində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhər 3 nömrəli və Yardımlı rayon Bürzümbül kənd tam orta məktəblərində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Azərpambıq ASK” MMC-nin Tərtər filialında, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayonundakı xüsusi qayğıya ehtiyacı olan uşaqların Dövlət Reabilitasiya Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə şəhər 1 nömrəli uşaq musiqi məktəbində, Ağcabədi Təhsil Mərkəzində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Quba rayon Mərkəzi xəstəxanasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

 AzEdu.az xəbər verir ki, FHN-dən bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi vurğulanıb.

Tədbirlərdə, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunub, yanğına qarşı təbliğat işində istifadə edilməsi üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb. (AZərtac)

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox