Qazax rayonunda 13 yaşlı oğlan itkin düşüb.
AzEdu.az xəbər verir ki, sentyabrın 26-sı səhər saatlarında Qazax şəhər sakini, 2006-cı il təvəllüdlü Rəvan Anar oğlu Sadıqov yaşadığı evdən naməlum istiqamətə gedərək itkin düşüb. Onu görənlərdən 0222951497, 055-335-29-55 telefon nömrələrinə və Daxili İşlər Nazirliyinin "102" Zəng Xidməti Mərkəzinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, R.Sadıqovun sağ əlinin üstə yanıq əlaməti var. (report.az)