Azedu.az

Məktəblilər Yüksək Texnologiya Parkında ekskursiyada  

Məktəblər

27 Sentyabr 2019, 16:09
Məktəblilər Yüksək Texnologiya Parkında ekskursiyada  

Sentyabrın 27-də Xətai rayonu Tahir Bağırov adına 59 saylı orta məktəbin şagirdlərinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkına (YTP) elmi-təcrübə ekskursiyası təşkil olunub.

AzEdu.az xəbər verir ki, YTP-dən verilən məlumata görə, ekskursiya iştirakçılarını Texnoparkın direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağır-zadə qarşılayıb və YTP haqqında ətraflı məlumat verərib.

 Ziyarətçilər ilk olaraq AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.

 AMEA Təcrübə-Sənaye Zavodu ilə tanış olan məktəblilərə bildirilib ki, YTP-nin ilk rezidenti olan bu zavod beynəlxalq standartlara cavab verən sürtkü yağlarının istehsalı ilə məşğul olur. Zavodda müasir tələblərə cavab verən sürtkü yağlarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb.

 Ziyarətçilər, həmçinin “Millers Oils Azərbaycan” MMC-nin məhsulları və istehsal sahəsi ilə də tanış olublar. Onlara burada istehsal olunan beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli sürtkü yağları, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib.

 Ekskursiya heyəti sürtkü yağlarının istehsalı ilə məşğul olan hər iki müəssisəsin istehsal prosesində bilavasitə iştirak edib.

 Tenoparkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti elmi-praktiki məktəblilərin böyük marağına səbəb olub. (Ted.az)

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox