Azedu.az

Azərbaycanda orta məktəbdə yanğın olub

26 Sentyabr 2019, 23:18
Azərbaycanda orta məktəbdə yanğın olub

Qax rayonunda orta məktəbdə yanğın baş verib.

AzEdu.az   "Report"a  istinadən  xəbər verir ki, hadisə axşam saatlarında Marsan kənd tam orta məktəbində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində məktəbin idman zalında 2 kvadratmetr hissədə döşəmə yanıb.

Yanğın sondürülüb, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox