Azedu.az

Zəlzələ İstanbulu təşvişə saldı - Məktəblər bağlandı

26 Sentyabr 2019, 16:11
Zəlzələ İstanbulu təşvişə saldı - Məktəblər bağlandı

Türkiyənin İstanbul şəhərində baş vermiş 5,8 bal gücündə zəlzələdən sonra daha 28 afterşok qeydə alınıb. Yeraltı təkanlardan biri 4,1 bal gücündə olub.

AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün şəhər ərazisində hiss edilən zəlzələ əhali arasında təşvişə səbəb olub. İstanbul əhalisi küçələrə axışıb.

Şəhərdəki bir çox məktəblərdə dərslər təxirə salınıb.

Xəstəxanalar boşaldılıb. Bir çox iş yerlərində əməkdaşlar evə buraxılıb. 

Zəlzələ nəticəsində Ovçular məhəlləsindəki məscidlərdən birinin minarəsi dağılıb.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kərəm Kınık əhaliyə müraciət edərək, çatlayan binalara daxil olmamağa çağırıb.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox