Azedu.az

Direktorluğa namizədlərə məktəblərdəki ştat vahidi ilə bağlı verilə biləcək vacib sual - Cavab AzEdu.az-da 

25 Sentyabr 2019, 13:28
Direktorluğa namizədlərə məktəblərdəki ştat vahidi ilə bağlı verilə biləcək vacib sual - Cavab AzEdu.az-da 

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı orta təhsil müəssisələrinin ştat vahidləri ilə bağlı verilə biləcək əsas suallara cavabı təqdim edir.

Sual:

Dövlət ümumtəhsil müəssisələrində mühasib və kitabxanaçı ştatlarının olması üçün neçə sinf komplektinin mövcudluğu zəruridir?

Cavab:

Dövlət orta ümumtəhsil müəssisələri, lisey və gimnaziyalarda mühasib ştatının açılması üçün 20-22 sinifin komplektləşdirilməsi məcburidir. Kitabxanaçı ştat vahidinin açılması üçün isə bu sinif komplekti sayı 30 və daha çox olmalıdır.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox