İsveçli məktəbli qız və məşhur iqlim fəalı Qreta Tunberq alternativ Nobel mükafatına layiq görülüb.
AzEdu.az xəbər verir ki, sentyabrın 25-də Stokholmda xüsusi tədbirdə “Düzgün həyat tərzinin dəstəyinə görə” (“Right Livelihood Award”) mükafatının təqdimat mərasimi keçirilib.
Bir çoxları tərəfindən alternativ Nobel mükafatı adlandırılan bu mükafat 2019-cu il üzrə dünyada tanınmış 16 yaşlı isveçli məktəbli qız Qreta Tunberqə verilib.