UEFA-nın “Məktəblərdə futbol dərsi” layihəsi daha 4 il müddətinə uzadılıb.
AzEdu.az-ın məlumatına görə, bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında verilib.
Qərara əsasən məktəblilər arasında futbolun kütləviləşdirilməsinə xidmət edən layihə 2020-24-cü illərdə də gerçəkləşəcək. Bu dəfə UEFA-nın bütün üzvləri buna qoşulacaq.
UEFA bu layihə üçün 11 milyon avro ayırıb. Quruma üzv olan 55 assosiasiya, o cümlədən AFFA 4 il ərzində hər il 50 min avroya qədər vəsait alacaq. Bu yardım “het-trik” layihəsi ilə gerçəkləşəcək.