Azedu.az

Azərbaycanda şagirdlərin 93 faizi Təhsil Şəbəkəsinə qoşulan məktəblərdə təhsil alır

23 Sentyabr 2019, 17:00
Azərbaycanda şagirdlərin 93 faizi Təhsil Şəbəkəsinə qoşulan məktəblərdə təhsil alır

Bu il Təhsil Nazirliyi Azərbaycanın ən böyük daxili təhsil şəbəkələrindən olan Azərbaycan Təhsil Şəbəkəsini (ATŞ) genişləndirib. Hazırda ölkə üzrə 3162 təhsil müəssisəsi ATŞ-yə qoşulub. 

Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumatda qeyd edilib ki, ATŞ-yə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 93%-nə və pedaqoji heyətin 75%-nə faizinə bərabərdir. Bu faiz göstəricilərinin 100%-ə çatdırılması nəzərdə tutulub. 

Qeyd edək ki, ATŞ-yə qoşulmuş təhsil müəssisələri intensiv trafik tələb edən proqramlardan, videokonfranslardan və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslarından istifadə etmək imkanına malikdir. Bununla yanaşı, ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet süzgəcləmə sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir. İndiyədək ATŞ-ə qoşulmuş təhsil müəssisəsi internet və intranetə çıxışla təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox