Azedu.az

10 yaşlı qızın təhsil məsələsi həllini tapdı – BŞTİ-dən operativ müdaxilə  

Məktəblər

23 Sentyabr 2019, 13:39
10 yaşlı qızın təhsil məsələsi həllini tapdı – BŞTİ-dən operativ müdaxilə  

Raskopa Anjelinanın təhsil məsələsi Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin operativ müdaxiləsi nəticəsində həllini tapdı.

AzEdu.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün 10 yaşlı Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə Fərdi Təhsilə cəlb olundu.

Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məktəbli ləvazimatları və çanta təqdim olundu. Həmçinin, məktəbliyə yeni dərsliklər verildi.

Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq.

Anjelinanı təbrik edir, təhsil uğurları arzulayırıq!

Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi ümumilikdə cəmiyyətin uğurudur.

Hər birimizə uğurlar, əziz dostlar!

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox