Azedu.az

Azərbaycanın 18 təhsil müəssisəsi elm kompüter şəbəkəsinə qoşulub

Məktəblər

21 Sentyabr 2019, 12:49
Azərbaycanın 18 təhsil müəssisəsi elm kompüter şəbəkəsinə qoşulub

Azərbaycanın 18 təhsil müəssisəsi AMEA-nın İnformasiya Texnologiya İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsinə qoşulub.

İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, artıq təhsil müəssisələri Akademiyanın elmi tədqiqat müəssisələri ilə yanaşı, həm kompüter şəbəkəsinin, həm də DATA-mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.

Təhsil Nazirliyinin AzEduNet şəbəkəsinin AzScienceNet şəbəkəsinə inteqrasiyası istiqamətində təklif olunan 1 Gbit/s internet trafikdən 700 Mbit/s sürətin AzEduNet şəbəkəsinə təqdim olunur. Ümumilikdə təklif olunan 1Gbit/s trafikin təxminən 80%-i səmərəli istifadə olunur.

Sentyabr ayının sonunda şəbəkənin ötürülmə qabiliyyəti 3 Gbit/s-ə, ehtiyat xətti isə 1Gbit/s çatdırılacağı nəzərdə tutulur.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox