Kiberiya Balet Məktəbi Keniyada geceqonduda çalışanlar üçün təşkil edilib.
Həftəlik balet dərsləri, keçmiş rəqqasə və balet müəllimi Mike Vamaya tərəfindən verilir.
Paytaxt Nayrobidə bir balet studiyası ilə əməkdaşlıq nəticəsində yaradılan məkan gecəqonduda yaşayan gənclərin istedadlarını üzə çıxarmağa imkan verir.
Pamela, Kiberiyada balet rəqslərində iştirak edir. Kiberiya əhalisinin 95 faizi yoxsuldur. Balet, Pamela üçün xoşbəxtlik qaynağı olmaqla yanaşı, gecəqondudan uzaqlaşmaq üçün bir vasitədir;
Balet ayaqqabıları rəqs üçün əvəzolunmazdır. Hər kəs onları yaxşı qoruyub saxlamağa çalışır. Çılpaq ayaqları ilə məşq etmək mümkün olsa da, rəqsi inkişaf etdirmək üçün ayaqqabı istifadə edirlər;
Digər şagirdlər Wendy-nin məşqinə tamaşa edərək öyrənirlər. Onlar növbə ilə məşq edir və bildiklərini paylaşırlar;
Kurs zamanı uşaqlar ayrı-ayrılıqda çalışırlar. Bu zaman onlar sərbəst hərəkət edə, bacarıqlarını və rəqs hərəkətlərini inkişaf etdirə bilərlər.