Azedu.az

“Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA

Məktəblər

18 Sentyabr 2019, 17:20
“Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA

Milli Məclisin deputatı Fazil Mustafa məktəbli paltarında olan uşaqların ictimai nəqliyyatdan ödənişsiz istifadə etməsi təşəbbüsü ilə çıxış edib.

F.Mustafa Nazirlər Kabinetinin 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi qərarının dəyişdirilməsini zəruri saydığını deyib.

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hər bir millət vəkilinin qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var:

“Hörmətli millət vəkili bu hüquqdan istifadə edərək, təşəbbüslə çıxış edib, Nazirlər Kabinetinə rəsmi qaydada təkliflə müraciət edə bilər”.

Məlumatda həmçinin bildirilib ki, müraciət olunacağı təqdirdə, həmin təklifə lazımi diqqət göstəriləcək və məsələyə qanunvericilik çərçivəsində baxılacaq.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox