Azedu.az

İspaniya məktəblilərinin həmyaşıdlarını qabaqladığını göstərən rəqəmlər

Məktəblər

18 Sentyabr 2019, 09:00
İspaniya məktəblilərinin həmyaşıdlarını qabaqladığını göstərən rəqəmlər

İspaniya məktəbliləri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) digər ölkələrindən olan həmyaşıdları ilə müqayisədə oxumaqla 130 saat daha çox məşğul olurlar.

AzEdu.az xəbər verir ki, Avropada təhsilin daha yaxşı hesab edildiyi Finlandiyada şagirdlər dərs ili ərzində məktəbdə 808 saat vaxt keçirirlər. Bununla yanaşı, gənc ispanlar 1052 saat oxumalıdırlar. Buna baxmayaraq, finli şagirdlər illərdir ki, PISA-nın – məktəblilərin biliklərinin dəyərləndirilməsi üzrə beynəlxalq proqramın testlərinin nəticələrinə görə birinci yerləri tuturlar. Eyni zamanda, ispan məktəbliləri təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına baxmayaraq, cədvəlin ortasında qərarlaşırlar.

Qeyd edək ki, OECD ölkələri üzrə orta göstərici 919 saat, Avropa İttifaqı üzrə isə 892 saat təşkil edir.

Ölkədə təhsilin səviyyəsi bir çox amillərdən asılıdır. Lakin müəllim hazırlığı və heyəti daha vaciblərindən biri hesab edilir. İspaniya təhsil sisteminin pedaqoji kollektivi son onilliklərdə sürətli qocalmadan əziyyət çəkir. Belə ki, hazırda hər üç müəllimdən ikisinin yaşı 40-dan yuxarıdır.

Böhran özünün həlledici rolunu oynayıb. 2012-ci ildən təqaüdə çıxan və ya sistemi tərk edən hər 10 müəllimin əvəzinə yalnız bir müəllim işə götürülüb. (AZƏRTAC )

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox