Azedu.az

Valideynlər övladları üçün yalnız bu halda başqa məktəb seçimi edə bilər -Diqqət!

Məktəblər

8 Sentyabr 2019, 15:31
Valideynlər övladları üçün yalnız bu halda başqa məktəb seçimi edə bilər -Diqqət!

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu davam edir.

Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumitəhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.  Məktəbəhazırlıq qruplarına şagird qəbulu //mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.

Bəs hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilməz?

 AzEdu.az 2019-2020-ci dərs ili üçün məktəbəhazırlıqla bağlı ən çox verilən suala cavabı təqdim edir:

Valideyn məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. Məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox