Azedu.az

Övladı birinci sinfə gedəcək aztəminatlı ailələrə şad xəbər - Məktəb ləvazimatları veriləcək

Məktəblər

4 Sentyabr 2019, 15:00
Övladı birinci sinfə gedəcək aztəminatlı ailələrə şad xəbər - Məktəb ləvazimatları veriləcək

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

Fonddan AzEdu.az-a verilən məlumata görə, hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub.

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir və onlar sentyabrın 15-dək qeyd olunan birinci sinif şagirdlərinə çatdırılacaq.

Qeyd edək ki, Fond "Təhsilə dəstək" layihəsi çərçivəsində hər il aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox