Azedu.az

Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir

Məktəblər

3 Sentyabr 2019, 12:37
Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üzrə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilir. 

İdarədən verilən məlumata görə, həmin vəzifələrdə çalışmaq istəyən namizədlər üçün müsahibə sentyabrın 6-da başa çatacaq.

Ümumilikdə işə qəbul üzrə müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığının rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatının rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox