Bu il Yevlax rayonunun orta ümumtəhsil məktəblərini bitirən 951 məzundan 546 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 318-i tələbə adını qazanıb.
Rayon təhsil şöbəsindən AzEdu.az-ın bölgə müxbirinə bildiriblər ki, tələbə adını qazanan gənclərdən 39 nəfəri 500-dən, 6 nəfəri isə 600-dən çox bal toplayıb. Yevlax şəhər 5 nömrəli tam orta məktəbin məzunu Səid Quliyev imtahanlarda hamıdan çox - 633 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. Rayon üzrə ən yüksək göstəricini də şəhər 5 nömrəli tam orta məktəb göstərib. Bu məktəbi bitirən məzunlardan 41 nəfər ali məktəblərə qəbul olub. Onlardan 4 nəfəri 600-dən çox bal toplayıb.