Azedu.az

İran məktəblərində Azərbaycan dili tədris olunacaq  

Məktəblər

26 Avqust 2019, 13:18
İran məktəblərində Azərbaycan dili tədris olunacaq  

İranın Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dili tədris ediləcək.

AzEdu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan vilayətinin Təhsil və Tədris İdarəsinin müdiri Cəfər Paşayi deyib.

Onun sözlərinə görə, bölgə xalqlarının tələblərinə əsasən, həftədə iki saat Azərbaycan dili dərsi keçiləcək:

"Sentyabrın 23-dən etibarən bəzi məktəblərdə müvafiq dərslərin keçilməsinə başlanılacaq.  Vilayətimizdə iki dildən (Azərbaycan və fars) istifadə edildiyi üçün yerli və regional dillərimizi gücləndirməliyik".

Qeyd edək ki, İranda 1979-cu ildə  baş vermiş inqilabdan sonra formalaşan konstitusiyanın 15-ci maddəsinə əsasən, fars dili ölkənin rəsmi dilidir. Bununla belə, konstitusiyada yerli dillərin də tədris olunması üçün heç bir maneə yoxdur.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox