Azedu.az

Bakıda daha bir məktəbin bir sinfin bütün məzunları tələbə adı qazandı

Məktəblər

Universitetlər

21 Avqust 2019, 17:53
Bakıda daha bir məktəbin bir sinfin bütün məzunları tələbə adı qazandı

Paytaxtın Nərimanov rayonundakı 82 nömrəli tam orta məktəbin 11b sinfini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olublar.

Sinif rəhbəri Gülər Mustafayeva AzEdu.az-a bildirib ki, 11b sinfini bitirən 21 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb.

Məzunlardan Sadiq Hacılı (692 bal), Kamaləddin Fərəcli (678 bal) və Aytən Məmmədzadə (588) imtahanlarda yüksək nəticə göstərərək Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olublar.

Digər məzunlar isə UNEC, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbi, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və ölkənin digər ali məktəblərinə qəbul olaraq tələbə adını qazanıblar.

Ümumilikdə məzunların altısı Bakı Dövlət Universitetinin hüquqşünaslıq, beynəlxalq münasibətlər və Amerika üzrə regionşünaslıq fakültələrinə qəbul olublar.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox