İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayıb.
AzEdu.az xəbər verir ki, tətil mayın 5-nə kimi davam edəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə məktəblilərin ilk yaz tətili günləri 17-24 mart tarixlərində təsbit olunmuşdu.