Ötən il Azərbaycanda autizm diaqnozu ilə 203 nəfər qeydə alınıb.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 166-sı kişi, 37-si qadındır. Məlumata əsasən, autizm xəstələrindən 200-ü 0-14 yaş qrupuna, 3-ü 15-17 yaş qrupuna aiddir. 0-14 yaş qrupunda olan xəstələrdən 163-ü kişi, 37-si qadın, 15-17 yaşlılardan isə 3-ü də qadındır.
Komitədən bildirilib ki, 2018-ci ildə atipik autizm diaqnozlu xəstələrin sayı 3-ü kişi, 2-si qadın olmaqla cəmi 5 nəfər olub. Onlardan 4-ü 0-14 yaş qrupuna, 1-i isə 15-17 yaş qrupuna aiddir.
Məlumatda qeyd olunub ki, ötən il dispanser müşahidəsində olan atipik autizm xəstələrinin sayı isə 29 nəfər olub. Onlardan 19-u kişi, 10-u qadındır. Xəstələrdən 16-sı kişi, 9-u qadın olmaqla 25 nəfəri 0-14 yaş qrupuna, 2-si kişi, 1-i qadın olmaqla 3 nəfəri 15-17 yaş qrupuna, 1-i isə 18-24 yaş qrupuna aiddir.