Azedu.az

Attestatını vaxtında təhvil ala bilməyən məzun nə etməlidir? 

28 İyul 2019, 15:28
Attestatını vaxtında təhvil ala bilməyən məzun nə etməlidir? 

Orta ümumtəhsil müəssisələri artıq məzunlara attestatlarını təqdim edib.

Ümumi orta və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təhvil verilir.

Bəs, məzun attestatı götürə bilmədiyi halda nə etməlidir?

AzEdu.az xəbər verir ki, çoxlarını maraqlandıran bu suala Təhsil Nazirliyi tərəfindən rəsmi cavab verilib.

Bildirilib ki, məzunlar tərəfindən götürülməyən attestatlar doldurulmuş halda həmin ümumi təhsil müəssisəsində saxlanılır. Attestatını 10 gün ərzində təhvil ala bilməyən şagird sonradan oxuduğu orta məktəbə yaxınlaşaraq sənədini əldə edə bilər.

Qeyd edək ki, 2017-ci ildən etibarən IX sinfi bitirənlərə də attestat verilir. Təhsildə xüsusi nailiyyətləri ilə fərqlənənlər isə fərqlənmə attestatına sahib ola  bilirlər.

 

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox