25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına yeni dərsliklərin çatdırılması nəzərdə tutulub. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bəs, məktəbəhazırlıq qruplarında təhsil alanlar üçün dərslik çap ediləcəkmi?
Nazirliyin məlumatına görə, 2019-2020-ci tədris ilində ölkənin dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlər üçün ümumilikdə 3 adda 168 148 nüsxə dərslik və metodik vəsait çap edilib.
Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün ümumilikdə 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.