Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə 3000-ə yaxın namizəd elektron qeydiyyatdan keçib.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, elektron qeydiyyat iyulun 19-da başa çatacaq.Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlarlinkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.