14 iyulda hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Məlumatda qeyd olunur ki, ərizə qəbulu artıq başa çatıb.
Abituriyentlər “dim.gov.az” saytına daxil olaraq imtahana “buraxılış vərəqəsi”ni çap edə bilərlər.