Azedu.az

Sentyabradək bu qədər yeni məktəb binası istifadəyə veriləcək - RƏSMİ  

Məktəblər

4 İyul 2019, 16:09
Sentyabradək bu qədər yeni məktəb binası istifadəyə veriləcək - RƏSMİ  

2019-2020-ci tədris ili başlananadək neçə məktəb binasının tikilməsi və ya əsaslı təmiri nəzərdə tutulub?

Məsələ ilə bağlı Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni tədris ili başlananadək ümumilikdə 43 yeni məktəb binasının istifadəyə verilməsi planlaşdırılıb.

Onlardan 15-i modul tipli orta təhsil müəssisəsidir. Bundan əlavə, sentyabrın 15-dək 20 məktəb tikilib istifadəyə veriləcək. 8 məktəb binasının isə əsaslı təmir olunması nəzərdə tutulub.

Qeyd edək ki, 2003-2018-ci illər ərzində ölkəmizdə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox