Azedu.az

\"Təhsil haqqında\" qanuna dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanıb

25 Aprel 2018, 13:56
\

"2009-cu ildə "Təhsil haqqında" qanunun qəbulundan sonrakı dövrdə sənədə bir sıra yeniliklərin edilməsi, bəzi dəqiqləşdirmələrin aparılması və Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac var idi".

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, bu səbəbdən "Təhsil haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketi hazırlanıb: "Güman edirəm ki, yaxın zamanlarda "Təhsil haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim ediləcək. Qanuna dəyişiklik ediləndən sonra təhsilin əlçatanlığı təmin ediləcək, qabaqcıl beynəlxalq təcrübə Azərbaycan təhsil sistemində tətbiq olunacaq".

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox