Azedu.az

Nazir “Son zəng”lə bağlı əmr verdi   

Məktəblər

Elm və Təhsil Nazirliyi

10 İyun 2019, 14:57
Nazir “Son zəng”lə bağlı əmr verdi   

İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki,  bununla bağlı nazir Ceyhun Bayramov əmr imzalayıb. 

Əmrdə ölkənin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə olunub.

Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox