Azedu.az

Qeyri - adi ənənələri olan məktəb - Dərslər açıq havada keçirilir

Məktəblər

5 İyun 2019, 09:58
Qeyri - adi ənənələri olan məktəb - Dərslər açıq havada keçirilir

Bakı şəhəri 279 nömrəli tam orta məktəb qeyri-adi ənənələri ilə digərlərindən fərqlənir. Məktəbdə hər şagirdin adına dibçək nəzərədə tutulub.

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib. O qeyd edib ki, əslində dibçək sayı şagird sayından daha çoxdur:

"Məktəbin dəhlizləri və sinif otaqları əsl gülüstanı xatırladır. Yaz aylarında Həyat bilgisi, Biologiya və Əmək təlimi kimi dərslər həyətdəki yaşıllıqda, açıq havada keçirilir”.

 

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox