"Bu yarış 2 nazirliyi və Olimpiya Komitəsini birləşdirən qüvvə oldu. Bu, böyük naliyyətdir. Yarışda 200. 000-dən çox şagirdin iştirakı idmana marağın göstəricisidir" AzEdu.az xəbər verir ki, bu sözləri Məktəblilərarası Respublika Çempionatının təltifetmə mərasimində Gənclər və idman naziri Azad Rəhimov deyib. O, uşaqlara qələbə sevincini yaşatdıqlarını bildirib:
"Bu hisslər heç vaxt onların yadından çıxmayacaq. istərdik ki, onların beynəlxalq arenada iştirakının da şahidi olaq . Bütün iştirakçıları təbrik edirəm. İnanıram ki, gələn il bu çempionatı başqa idman növləri üzrə də keçirəcəyik".