Azedu.az

Qəzalı məktəbdə oxusa da, olimpiadada qızıl medal qazandı - FOTO

Məktəblər

29 May 2019, 13:15
Qəzalı məktəbdə oxusa da, olimpiadada qızıl medal qazandı - FOTO

Qəzalı vəziyyətdə olan Neftçala rayon Xıllı qəsəbə 1 saylı tam orta məktəbin şagirdi fənn olimpiadasının qalibi olub.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov paylaşıb. O bildirib ki, məktəbin şagirdi Sadıqov Xəyal Bəxtiyar oğlu Fizika fənni üzrə respublika fənn olimpiadasının qalibi olub və qızıl medal qazanıb.

Xatırladaq ki, bu, məktəbin fizika müəllimi Seyran Səfərovun ilk uğuru deyil. O,indiyə qədər onlarla respublika və dünya olimpiadasının qalibini yetişdirib. Əməkdar müəllim adını qazanmış S. Səfərov “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində fizika fənnindən ən yüksək nəticə göstərən müəllim olub.

Qeyd edək, məktəbin qəzalı vəziyyəti ilə bağlı mətbuatda dəfələrlə məqalələr yer alsa da, hələ də hər hansı tədbir görülməyib.

Qəzalı məktəbdə oxusa da,olimpiadada qızıl medal qazandı (FOTO)

 
Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox