Azedu.az

Bu məktəbin elektrik enerjisini şagirdləri istehsal edir

22 Aprel 2018, 13:38
Bu məktəbin elektrik enerjisini şagirdləri istehsal edir

Türkiyənin Qaziantep bölgəsindəki Yazvuz Sultan Selim orta məktəbi şagirdlərinin quraşdırdıqları sistem vasitəsilə enerji ehtiyacının 20%-ini özü qarşılayır.

AzEdu.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, elektrik xərclərinin yüksək olduğunu görən şagird və müəllimlər hazırladıqları layihə ilə məktəbin birinci mərtəbəsini işıqlandırmağa nail olublar.

Layihə çərçivəsində məktəbdə Günəş panelləri sistemi qurulub. Təxminən, 3 300 türk lirəsinə başa gələn sistem nəticəsində günlük 2 000 Vatt elektrik istehsal etmək mümkündür. Hazırda bunun nəticəsində məktəbin elektrik xərcləri 20% azalıb. Amma şagirdlərin hədəfi növbəti üç il ərzində məktəbin bütün elektrik ehtiyaclarını quraşdırılan Günəş panelləri vasitəsilə ödəməkdir.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox