Dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələrdən biri də Finlandiyadır. Cənubi Koreya, Yaponiya, Sinqapur və Honq Konqdan sonra gələrək 5-ci yeri tutur. Təhsil haqqının alınmadığı ölkədə illik büdcə 11.1 milyard avrodur.
AzEdu.az Finlandiya təhsilini fərqləndirən 9 kriteriyanı təqdim edir:
Finlandiyada məktəbə başlama yaşı 7-dir;
Təhsildə tədris planı sadə və ümumi çərçivədən ibarətdir;
Fin tələbələrinə təhsillərinin ilk altı ilində heç bir qiymət verilmir;
Müəllimlər gün ərzində orta hesabla dörd saat dərs keçirlər;
Bütün müəllimlərin ən azı magistr dərəcəsi var;
Finlandiyada özəl məktəb yoxdur və təhsil xərcləri dövlət tərəfindən qarşılanır;
Şagirdlər ancaq məktəbdə öyrənirlər. Buna görə də şagirdlərə evə tapşırıq verilmir;
Bir çox Avropa ölkəsi və Amerikayla müqayisədə Finlandiyada təhsilə ayrılan büdcənin daha çoxu sırf məktəb, sinif mühitindəki tədrisi inkişaf etdirmək üçün ayrılır. Fin məktəblərində idmana çox yer verilir.