Azedu.az

Direktor əvəzedicisi ştatı barəsində  hər şey– Səlahiyyəti, fəaliyyət müddəti və maaşı  

Məktəblər

21 May 2019, 13:40
Direktor əvəzedicisi ştatı barəsində  hər şey– Səlahiyyəti, fəaliyyət müddəti və maaşı  

Müxtəlif ali təhsil müəssisələrindən danışarkən “rektor əvəzi”, “dekan əvəzi” sözlərini çox eşidirik. Hətta orta təhsil müəssisələrində də bəzən direktorun əvəzləyicisi fəaliyyət göstərir. Bu vəzifənin direktordan müvəqqətiliyi ilə fərqlənməsi çoxlarına məlumdur.

Bəs, direktor əvəzi maksimum neçə il fəaliyyət göstərə bilər? Ümumiyyətlə, onun direktordan səlahiyyət fərqi nədən ibarətdir?

AzEdu.az xəbər verir ki, hər hansı müqaviləyə xitam verilməsi, əvəzedicinin müddətinin uzadılması və s. kimi hallar Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunub. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada respublika ərazisində yerləşən bütün müəssisə, idarə və təşkilatlara aid edilir.

Direktor əvəzediciləri nə qədər əməkhaqqı almalıdırlar?

Məcəlləyə görə, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər əvəzləyici eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının yarısından az olmamaq şərti ilə əlavə maaş ödənilməlidir.Əks halda, əvəz etdiyi vəzifəyə uyğun olaraq əməkhaqqı ala bilər.   

Əvəzedici neçə il fəaliyyət göstərə bilər?

İstənilən əvəzedici müqavilə ilə 1 tədris ili boyunca işləyə bilər. Ehtiyac olduğu halda isə müqavilə müddətinin uzadılması mümkündür. Ümumiyyətlə, müqavilənin vaxtı bitdikdə 1 həftə ərzində tərəflərdən heç biri etiraz etməzsə, o, eyni müddətə təkrar bağlanmış sayılır. Təbii ki, həmin yer vakant hesab edilmək şərti ilə. Vakant yerə təyinat olan kimi əvəzedici ilə bağlanmış müqaviləyə xitam verilir.

Müqaviləyə işçi məzuniyyətdə olduğu vaxtda xitam verilə bilər?

Əmək müqaviləsinin vaxtı işçi müəyyən üzürlü səbəbdən iş yerində olmadığı dövrdə qurtardıqda həmin müqaviləyə o, işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, amma işə çıxdığı gündən 1 təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsi zamanı əvəzedici vasitəsilə idarə olunan məktəblərin direktor vəzifəsi vakant yer kimi göstərilir.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox