Azedu.az

Laçını unutmamaq  "fənn"ini keçən müəllimlər – “Oralı olduqlarını əsla unutmayacaqlar”

Məktəblər

18 May 2019, 17:52
Laçını unutmamaq 

“Laçını unutmamaq” dərsini keçən müəllimlər – “Oralı olduqlarını əsla unutmayacaqlar”

 

1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal etdi.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin salındı, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşdü. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qaldı.

Bu gün ölkənin müxtəlif yerlərində əslən Laçından olan, dərs deyən müəllimlər də var. Onlar tədris etdikləri fənlə yanaşı, paralel olaraq şagirdlərə bir dərsi də keçirlər: Laçını unutmamaq dərsini...

Laçınlı müəllimlərdən biri Ağcabədi rayon Taxtakörpü kənd tam orta məktəbinin müəllimi  Şəbnəm Cəbrayıllı həmişə olduğu kimi bu il də, ilk dərs saatının Laçının işğalına həsr edildiyini deyib:

“Dünən məktəbimizin həyətində şagirdlərlə görüş keçirdik.Laçının işğalı ilə bağlı onlara məlumat verdik. Bu informasiyanı səhnəciklər şəkilində təqdim etdik.

Biz  xüsusi günlərdə deyil, digər zamanlarda da, uşaqlara atalarının, babalarının kim olduğunu və haradan gəldikləri haqqında məlumatlar verir və təbliğat aparırıq. Çünki biz işğalda olan rayonun müəllimləriyik. Buna görə də təhsil verməklə kifayətlənmirik. İstəyirik ki, uşaqlarımız Laçını görməsələr də, oralı olduqlarını əsla unutmasınlar.

Laçın nə zaman işğaldan azad edilsə, həmin gün ən çox möhtəşəm günüm olar. Doğma yurddakı ilk dərs günümdə uşaqları Laçınla tanış edər və abidələrimizi ziyarət edərik. İndiyə qədər şagirdlərimiz Laçını şəkillərdən tanıyıb. O gözəl yerləri nə zamansa canlı görmək uşaqlara çox xoş olar”.

Saray qəsəbəsi 2 saylı  tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Piriyeva da, Laçınla bağlı tədbirin  dünən keçirdiyini deyib.

“Tədbir əsnasında şagirdlərə Laçın haqqında məlumat verdim. Atamın Laçınla bağlı araşdırmaları və Xosrov bəy Sultanov haqqında informasiyaları çatdırdım.

Özüm oranı xatırlamasam da atam yəni, İlham Qəhrəmanovun Laçın haqqında olan kitabları  məndə doğma yurdumuz haqqında düşüncələr yaradıb. Atam Laçın haqqında məlumatları toplayaraq onları kitab şəklinə salıb. Mən kitabların bədii redaktoru və korrektoru  olmuşam.

Laçınlı olmağım və atamın ora haqqında məndə formalaşdırdığı fikirləri şagirdlərimə çatdırmışam. Keçən il 5-ci siniflərə “Xarı bülbül” adlı dərs verdim. Bu Laçına həsr olunmuş dərs idi. Uşaqlara həmin dərsdə Laçın,  orada yetişən məşhur şəxslər, yazıçı Şərif Ağayev haqqında məlumat ötürdüm. Şagirdlərimizdə artıq Laçın haqqında geniş informasiyalar formalaşıb.

Laçın  işğaldan azad olunsa, bir Ədəbiyyat müəllimi olaraq, şagirdləri yaşayan laçınlı yazarlar, elm xadimləri ilə  görüşdürərəm.

Şükufə Süleymanlı

 

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox