Azedu.az

Nazirlik epilepsiya xəstəsi olan qızın təhsil problemi həll etdi

Məktəblər

Elm və Təhsil Nazirliyi

10 May 2019, 17:45
Nazirlik epilepsiya xəstəsi olan qızın təhsil problemi həll etdi

Sabirabad rayonunun Məmişlər kəndində yaşayan Savalan Cümşüdovun epilepsiya xəstəsi olan qızı Günelin təhsil problemi həll olunacaq.

AzEdu.az xəbər verir ki, bu barədə Lent.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Nazirlik rəsmisi məsələ ilə bağlı rayon təhsil şöbəsilə danışdıqlarını açıqlayıb: “Təhsil Nazirliyinin əməkdaşı Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayevlə danışıb. Məmişlər kəndində yaşayan ailənin övladının evdə təhsilə cəlb olunması məsələsinin həll edilməsi, bu istiqamətdə hansı vacib tədbirlərin görülməli olması ilə bağlı məlumat verilməsi istənilib”.

Qeyd edək ki, Lent.az-ın əməkdaşı Sabirabad rayonun Məmişlər kəndində yaşayan Savalan Cümüşüdovun evində olub, ailənin çətin vəziyyəti ilə bağlı reportaj hazırlayıb.

Ailə başçısı qızı Günelə əvvəllər evdə dərs keçildiyini, lakin hazırda tədrisin dayandırılıdğını açıqlayıb.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox