Bu gün 2018-2019-cu tədris ili üzrə əlavə yaz tətili (1-5 may) başa çatır.
AzEdu.az xəbər verir ki, sabahdan etibarən ibtidai siniflərdə, həmçinin məktəbəhazırlıq qruplarında təhsil alanlar məktəbə gedecəklər.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.