Azedu.az

Xüsusi təhsilalanların qiymətləndirilməsi necə həyata keçirilir?

4 May 2019, 13:22
Xüsusi təhsilalanların qiymətləndirilməsi necə həyata keçirilir?

Yeni qiymətləndirmə qaydaları artıq çoxlarına məlumdur.

Üstündən xeyli müddət keçməsinə baxmayaraq, bəziləri dekabrın 29-dan qüvvəyə minən bu qaydaların xüsusi təhsilalanlara da aid edildiyini düşünürlər.

Sual:

Övladım xüsusi təhsil müəssisəsində oxuyur. Onun məktəb üzrə nailiyyətləri də bu qaydalarla hesablanmalıdır?

Cavab:

Xeyr. Bu qayda xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi və inkluziv təhsil siniflərində) oxuyan, sağlamlıq imkanları məhdud şəxslərin və məktəblərdə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların qiymətləndirilməsinə şanil olunmur.

AzEdu.az xəbər verir ki, xüsusi təhsil müəssisələrində buraxılış və sinifdən-sinfə keçirmə imtahanları Təhsil Nazirliyinin təsdiq etdiyi Təlimata uyğun qaydada aparılır. Belə məkətblərin şagirdlərinin qiymətləndirilməsi zamanı müəyyən olunmuş qaydalarla yanaşı, onların əqli və ya fiziki məhdusiyyətyləri də nəzərə alınmalıdır.

Qeyd edək ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I siniflərdə summativqiymətləndirmə nəzərdə  tutulmur. II-IV siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativqiymətləndirmə aparılmır. 

Böyük summativ qiymətləndirmə yalnız V-XI siniflərdə keçirilir. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdəndir.

Ölkələr birləşdi-Rusiyaya böyük hücum başlayır
Son xəbərlərDaha çox