Azedu.az

Summativ nəticələrindən narazı qalan valideynlər nə etməlidirlər? –Çıxış yolu  

3 May 2019, 14:15
Summativ nəticələrindən narazı qalan valideynlər nə etməlidirlər? –Çıxış yolu  

Yeni qiymətləndirmə qaydaları orta məktəblərdə artıq müəyyən qədər oturuşduğundan bütün mənfi və müsbət tərəflərini  üzə çıxmağa başlanıb.

Şagirdlərin əsas narazılığı isə summativqiymətləndirmədə 20 ballıq suallarla bağlıdır. Şagird  5 balla qiymətləndirilən bütün sualları düzgün cavablayıb, bircə 20 ballıq sualı yaza bilməyibsə, o, yekunda “5” ala bilmir.

Çoxlarını düşündürən bir sual var:Summativinnəticələrindən narazı qaldıqda nə etməliyik?

AzEdu.az bildirir ki, summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan valideynlərin müraciətlərinə təhsil müəssisəsindən  asılı olaraq Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları baxır. Yerli təhsili idarəetmə orqanının qərarı ilə razılaşmayan valideynin Təhsil Nazirliyinə müraciət etmək hüququ var.

Qeyd edək ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I siniflərdə summativ qiymətləndirmə nəzərdə  tutulmur. II-IV siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmır. 

Böyük summativ qiymətləndirmə yalnız V-XI siniflərdə keçirilir. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdəndir.

 

Ölkələr birləşdi-Rusiyaya böyük hücum başlayır
Son xəbərlərDaha çox