Azedu.az

Deputat həyəcan təbili çaldı: “Məktəblərdə uşaqları şikəst edirlər”

3 May 2019, 14:00
Deputat həyəcan təbili çaldı: “Məktəblərdə uşaqları şikəst edirlər”

“Orta məktəb uşaqlarını şikəst edirlər. Uşaqların da, anaların da beli əyilib. Biz də məktəbə getmişik. Bu nədir?! Bu işlərə bir əncam çəkmək lazımdır”.

AzEdu.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Aqil Abbas belə deyib.

Deputat məsələ ilə bağlı Təhsil Nazirliyinə də səslənib.:

“Nəvələrim məktəbə gedir. Çantalarını götürə bilmirəm. Bu işlərə son qoymaq lazımdır. Xahiş edirəm, İsa müəllim, (İsa Həbibbəyli – Milli Məclisin Elm və təhsil komitəsinin sədri-red.) bu məsələni Təhsil Nazirliyi ilə fikirləşin!”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə deyib ki, bu məsələ ilə bağlı hazırda müzakirələr aparılır.

Ölkələr birləşdi-Rusiyaya böyük hücum başlayır
Son xəbərlərDaha çox