Rəşad Məmmədov Bakı Mühəndislik Universitetinin magistratura pilləsində Kompüter mühəndisliyi üzrə təhsil alır. O, tələbə yoldaşlarından tədrisin maraqlı istiqamətinə yönəlməsi ilə fərqlənir.
AzEdu.az-a verdiyi məlumata görə, gənc magistr eyni zamanda Beynəlxalq Olimpiada Mərkəzinin təşkilatçılığı ilə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində IX, X və XI sinif şagirdlərini İnformatika olimpiadalarına hazırlaşdırır.
“Hazırda orta məktəb müəllimlərinin İnformatika öyrətməyə maraqları yoxdur. Bu fənni dərindən bilənlər isə müəllimlik etməkdə çox da həvəsli deyillər. Çünki informasiya texnologiyalarının digər sahələrinə yönlənərək, orada daha çox pul qazana bilərlər”.
Müsahib İnformatikanın orta məktəblərdəki vəziyyəti barədə sualı beləcavablandırır və bu fənnin tədrisinə görə Azərbaycanın dünya ölkələri ilə müqayisədə xeyli geridə olduğunu düşünür:
“Bu yarışlara kütləvi yanaşmırıq”
“Beynəlxalq Olimpiada Mərkəzi olaraq şagirdlərə kömək etməyə çalışırıq. Amma ölkə olaraq, bu sahədə çox geridəyik. Bunu mən demirəm, beynəlxalq yarışmaların statistikası göstərir”.
Ölkəmizdə şagirdlərin olimpiadalara cəlbi məsələsinə gəlincə isə...Özünü dinləyək:
“Bizimolimpiadalarda kütləvilik yoxdur. Bu yarışlara kütləvi yanaşmırıq. Olimpiadaya yalnız bir qrup şagird hazırlaşır.Kiçik qrup arasından isə yaxşıların çıxma ehtimalı çox azdır”.
Kompüter biliklərinin qarşısını alan məqsəd: tələbə olmaq
O, respublika məktəblərində İnformatikanın tədrisini dünya ölkələri ilə maraqlı şəkildə müqayisə edib:
“Dünyada kodlaşdırmanın tədris olunduğu bir vaxtda bizim məktəblər informatikanı ikinci plana atır. Bəzi məktəblərdə hər şey qaydasında ola bilər. Amma bir çox orta təhsil müəssisələrində İnformatikanın tədrisinə önəm vermirlər.
Fikrimcə, burada qəbul qaydalarının da müəyyən qədər rolu var. Qəbul imtahanlarında İnformatika ilə bağlı heç nəsoruşulmadığındanşagirdlər də bunu ciddiyə almırlar. Çünki onların bir məqsədləri var: tələbə olmaq. Hələ ki, bu problemin başqa bir səbəbini görmürəm”.
“Bu fənni dərindən bilənlər isə müəllimlikdə maraqlı deyillər”
Onun fikrincə, orta məktəb müəllimləri də İnformatikanı öyrətməkdə maraqlı deyillər:
“Şəhər məktəblərində kompüter bilikləri yüksək olan müəllimlər var. Amma kənar rayon və bölgə məktəblərinin şagirdləribu mənada çox çətinlik çəkirlər. Bu məktəblərdə onu hətta ixtisası İnformatika müəllimliyi olmayanlar da tədris edir.
Bu fənni dərindən bilənlər isə müəllimlik etməkdə çox da maraqlı deyillər. Çünki informasiya texnologiyalarının digər sahələrinə yönlənərək, orada daha çox pul qazana bilərlər. İnformatika müəllimlərinə yaxşı əməkhaqqı verilsə, işləyən güclü kadrlar tapılar. Bu fənni tədris edənlərə xüsusi güzəştlərin tətbiqi də fayda verə bilər. Amma düzü, bilmirəm, bu, digər fənn müəllimlərinə qarşı nə dərəcədə ədalətli olar. Ümumiyyətlə, bütün müəllimlərin maaşı artsa, şagirdlər kompüter biliklərinə çox yaxşıyiyələnərlər.
İnformatikanın tədrisini yaxşılaşdırmaq üçün öncə kadr məsələsinə diqqət etmək lazımdır. Proqramı yenidən hazırlamaq çox da çətin iş deyil. Təki, onu keyfiyyətli tədris edən biri olsun. Kadr yetişdirməliyik”
Rəşad müəllim orta məktəblərdə İnformatikanın tədris proqramından da gileylidir. Düşünür ki, proqrama uyğun olaraq İnformatika dərslərindəVörd vəExeli öyrətməklə kifayətlənirlər:
“Əsasən, alqoritmik şeylər öyrədilməlidir. Həmçinin, bunu dabiraz maraqlı hala salmaq, oyun və ya pazl tipli şeylərlə öyrətmək mümkündür. Bu, həm də uşaqlarda dərsə maraq oyadacaq.
Magistraturaya qəbul imtahanlarında belə yalnız Vörd vəExelsoruşulur. Alqoritmikproqramlaşdırma biliklərinə əsaslanan şeylər soruşulmalıdır”.
Riyaziyyat müəllimlərinə proqramlaşdırma təlimi
Onun sözlərinə görə, əslində, şagirdlərin də kompüter biliklərinə yiyələnməkdəmaraqlıdırlar. Sadəcə, onlar üçün şərait yaradılmalıdır:
“Bizim hazırlıqlara gələn şagirdlər şəraitdən yararlana bilirlər. Amma ölkədə xeyli potensiallı məktəbli var. Hamısı üçün şərait yaradılması hələ ki, real deyil. Rayonlarda bu şərait yoxdur. Yalnız Bakı və Sumqayıtda mümkündür. Region məktəblərində dərs deyə biləcək güclü kadrlazımdır. Fikrimcə, bu problemi kökündən həll etməyin bir yolu var: Savadlı Riyaziyyat müəllimlərini dəvət edib, onlara İnformatika, proqramlaşdırma təlimləri vermək lazımdır.Onların riyazi bilikləri var. Proqramlaşdırmanı qavraya və müəyyən qədər tədris edə bilərlər.
Əslində, elə valideynlər də övladlarının kompüter bilikləri qazanmasında maraqlıdırlar. Çünki hazırda hər şey texnologiyaya əsaslanır. Valideyn də istəyir ki, övladı bu sahəyə yiyələnsin. Amma yalnız istəməklə deyil, onlar övladlarına şərait yaratmağın yollarını bilməlidirlər.
Bəzən valideyn şagirdin kompüter istifadəsinə qadağa qoyur. Əslində, o, bunu kompüter oyunlarına, vaxtı səmərəli keçirməyə görə edir. Üstəlik, övladının sağlamlığını da düşünür. Xüsusilə də azyaşlılara diqqət etmək lazımdır. Amma bir saat da kifayət deyil. Şagird kompüterdən bir neçə saat istifadə etməlidir”.
“Orta məktəb proqramı olimpiada üçün deyil”
“Xüsusi hazırlıq keçməyən, olimpiadaya orta məktəb proqramına əsaslanan biliklərlə qatılan şagird uğur qazana bilərmi?” sualına isə gənc müəllim belə cavab verib:
“Orta məktəb şagirdi olimpiadaya xüsusi hazırlığı olmadanqatılsa, heç nə başa düşməyəcək. Öncə müəyyən qədər bununla məşğul olmalıdır. Orta məktəb proqramı olimpiada üçün deyil. O, uğura yaxınlaşdırsa belə, olimpiadaya qəti hazırlaşdırmır. Beynəlxalq uğura hazırlaşmaq üçün müəyyən təkan lazımdır, şagird mütləq mərkəzlərdəhazılaşmalıdır. Məsələn, biz məşğul olacağımız məktəbliləri öncədən araşdırıb,əsasən, məntiqi göstəricilərinə görə seçirik.Bununla belə, onların da əksəriyyəti proqramlaşdırmada çətinlik çəkir”.
“Onlayn resurslar da yox dərəcəsindədir”
İnformatika olimpiadasına hazırlaşan şagirdin öyrədəcək kimsəsi yoxdursa, nə etməlidir?
“Onlayn resurslardan istifadə etsinlər. Amma bir məsələ var. Ölkəmizdə onlayn resurslar da yox dərəcəsindədir. Buna görə də yaxşı olardı ki, belə şagird İngilis və ya Rus dillərindən birini bilsin. Dil öyrənmək onun internetdəki baryerini aradan qaldıracaq”
Rəşad müəllim İnformatikanın tədrisinə aşağı yaşlardan başlamağın tərəfdarıdır. Rusiyanı misal göstərərək deyir ki, orada bu fənn üzrə olimpiada nəticələri çoxyüksəkdir. Çünki İnformatikanın tədrisinə 7-8 yaşdan başlayırlar:
“Özüm orta məktəbi ucqar rayonların birində oxumuşam. O zamanlar İnformatika ilə çox da maraqlanmırdım. Kompüter elmləri mənə sıxıcı gəlirdi. Bu ixtisasa qəbul olunanda da çaşıb qalmışdım. Riyaziyyata çox meyilli idim. Sonradan gördüm ki, bu da Riyaziyyatın bir tətbiq sahəsidir və ondan qat-qat maraqlıdır.Buna görə də şagirdləri öncədən bu istiqamət barədə məlumatlandırmalı, onlara istiqamət verməliyik.
Əks halda, kompüter bilmədiklərinə görə gələcəkdə də çox şeydən xəbərsiz olacaq,İnformatikanın yalnız Vördvə Exeldən ibarətolduğunu düşünəcəklər”.