Azedu.az

Bakıda 17 yaşlı məktəbli qız itkin düşdü

28 Aprel 2019, 12:00
Bakıda 17 yaşlı məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşüb.

AzEdu.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, ev 3, mənzil 18-də yaşayan, 2002-ci il təvəllüdlü Məmmədova Məryəm Şükür qızı aprelin 23-də 4 saylı musiqi məktəbindən, həmin məktəbdə işləyən anası Əsməgül Məmmədovanın yanından çıxaraq itkin düşüb.

 M.Məmmədova Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 169 saylı orta məktəbin 11-ci sinif şagirdidir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox