Azedu.az

Könüllü müəllimlər təmizlik aksiyasında iştirak etdilər

27 Aprel 2019, 16:25
Könüllü müəllimlər təmizlik aksiyasında iştirak etdilər

Astara Rayon Təhsil Şöbəsinin gənc könüllü müəllimləri  “trashtag - təmizlik” aksiyasını keçirib.

AzEdu.az xəbər verir ki, aksiyada məktəblərin könüllü müəllim və şagirdləri iştirak ediblər.  Könüllü müəllimlər bu aksiyanı təşkil edərək həm ətraf mühitin təmizliyini, həm də cəmiyyətə müsbət ismarıc verməklə, hamını təmizlik aksiyalarında aktiv olmağa çağırıblar.

Qeyd edək ki, iştirakçılar müntəzəm olaraq belə aksiyaların davam etdirəcəklərini qeyd ediblər.

Zəngəzurda ciddi hazırlıq: Savaş mesajı verildi
Son xəbərlərDaha çox