Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı İsmayıllı rayonu R.Ocaqov adına Buynuz kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi Aytac Ziyadxanlıya həsr olunur.
Aytac Ziyadxanlı 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 59 bal toplayıb.
A.Ziyadxanlının dediyinə görə, 2018-2019-cu tədris ilində öz ixtisası üzrə respublikada ən yüksək nəticəni məhz o göstərib.
Uşaqlıq arzusuna çatan Aytac Ziyadxanlı hazırda İsmayıllı rayonu R.Ocaqov adına Buynuz kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir..