Azedu.az

Hansı məktəbdə boş yer qaldığını necə öyrənmək olar? - Valideynlərin I sinif narahatlığı

21 Aprel 2019, 12:13
Hansı məktəbdə boş yer qaldığını necə öyrənmək olar? - Valideynlərin I sinif narahatlığı

I sinfə elektron sistem vasitəsilə qeydiyyat davam edir.

Əksər valideynləri, xüsusilə də yerləşdirilən sorğunu ləğv etmək istəyənləri maraqlandıran məqam isə digər məktəblərdə boş yer olub olmadığını öyrənməkdir.

AzEdu.az ən çox verilən suallara cavabı təqdim edir:

Sual:

Övladım məktəbəhazırlıq qruplarında təhsil aldığına görə, sistemə sorğusu avtomatik yerləşdirilib və hazılıq keçdiyi məktəbə qəbul edilib. Amma başqa məktəbdə təhsil almasını istərdim. Hansı məktəbdə boş yer qalmasını necə öyrənmək olar? Sorğunu silmədən başqa məktəblərə yer qalıb-qalmadığını bilə bilərəm?

Cavab:

Xeyr. Yerləşdirilmiş sorğunu silmədən məktəblərdə boş yer qalıb-qalmadığını öyrənmək mümkün deyil. Məktəbəhazırlıq keçdiyinə görə sorğusu avtomatik yerləşdirilən azyaşlının valideyni məktəbdən imtina etmək istədikdə öncə sorğunu ləğv etməli, daha sonra istədiyi məktəbi seçməlidir. O, yalnız sorğunu ləğv edib, istədiyi məktəbə sorğu yerləşdirdikdən sonra boş yer barədə məlumat ala bilər.

Bəzi valideynlər valideynlər məktəbdə yerlərin dolub dolmaması ilə bağlı direktora müraciət edirlər. Xatırladaq ki, direktorlar özləri də məktəblərində boş yerin qalıb qalmaması barədə məlumatsızdırlar.

Qeyd edək ki, sistemə sorğu yerləşdirən valideyn elektron ərizəni çap etməli, sentyabrın 15-ə qədər məktəbə təqdim etməlidir. Şagirdi yalnız valideyni və ya qanuni nümayəndəsi qeydiyyatdan keçirə bilər.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox