Azedu.az

Təhsil şöbəsi şagirdlərin qeyri-etik videogörüntüsünü araşdırır

19 Aprel 2019, 10:23
Təhsil şöbəsi şagirdlərin qeyri-etik videogörüntüsünü araşdırır

Samux rayon Təhsil şöbəsi rayonun İnstitut qəsəbə tam orta məktəbinin şagirdlərinə aid olduğu bildirilən videogörüntü ilə bağlı araşdırma aparır.

AzEdu.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Təhsil şöbəsindən bildirilib.

Qeyd olunub ki, araşdırmanın nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda İnstitut qəsəbə məktəbinin şagirdlərinin qeyri-etik hərəkətləri yer alan görüntülər yayılıb.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox