Azedu.az

Bakının 162 nömrəli məktəbi “Məktəblinin dostu” layihəsinə qoşuldu- FOTO

17 Aprel 2019, 12:42
Bakının 162 nömrəli məktəbi “Məktəblinin dostu” layihəsinə qoşuldu- FOTO

Aprelin 15-dən “Məktəblinin dostu” layihəsi Səbail rayonu 162 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb.

Bu barədə AzEdu.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 35-ə çatıb.

“Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki ümumi təhsil müəssisələrində həyata keçirilir.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox